Bu gün Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimənin toyu oldu.
Lunar.az xəbər verir ki, Fatimə Xalq artisti, "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinovun oğlu Ümidlə ailə quruub. Cütlüyün qız toyu şəhər restoranlarından birində keçirildi.
Məclisə sənət aləminin tanınmış simaları qatılıb. Gecədə Alim Qasımov səbəbkarlar üçün muğam da səsləndirib. Ona ifası zamanı qızı Fərqanə də qoşulub.
Qeyd edək ki, Ümid də atası kimi nağara ifaçısıdır. Ümid və Fatimənin oğlan toyu fevralda keçiriləcək.