Aparıcı Afaq Gəncəli sosial şəbəkədə ona təhqir yazan izləyicisini polisə şikayət edib.
Lunar.az xəbər verir ki, o, bu haqda "Səhər mərkəzi" proqramında deyib. Aparıcı bildirib ki, onu təhqir edən şəxsi tapıb:
"Bir dəfə şikayət etdim. Çünki həmin adam taxtanın kənarını artıq əydi. Sonuna qədər getdim. Gəlib yüz dəfə üzr istədi. Deyirəm, niyə yazırsan, niyə edirsən ki, sonra da üzr istəyirsən? Bu qədər bekarsan, işin, gücün yoxdur?".
Afaq sosial şəbəkədən pul qazananlara da fikir bildirib:
"İnstaqramdan necə qazanmaq olar? Düşünürəm ki, insan ancaq işə gedib-gəlməlidir. Oturub gözləyirsən ki, pul gələcək. Birdən gəlmədi, uşaq ac qalacaq? İnstaqram bitdi, necə pul qazanacaqsınız?".