Türkiyəli müğənni İbrahim Tatlısəsin özü kimi ifaçı olan qızı Dilan Çıtak Tatlısəs Bakıya gəlib.
Lunar.az xəbər verir ki, sənətçinin görüntülərini Xalq artisti Tünzalə Ağayeva yayımlayıb. O bildirib ki, Dilan paytaxtımıza sevgilisi Levent Dörtellə birlikdə gəlib.
Tatlısəs ötən gün Bakıda məkanların birində konsert verib. O, gecə üçün saç və makiyajını stilist Anar Ağakişiyevə həvalə edib.