Müğənni Üzeyir Mehdizadə ilə meyxanaçı Pərviz Bülbülə uzun müddətdir küsülüdür.
Lunar.az xəbər verir ki, ifaçılar bu günlərdə birlikdə verilişə dəvət olunsalar da, Üzeyir imtina edib. O, bildirib ki, Pərvizlə üz-üzə gəlmək istəmir.
Buna səbəb isə bir neçə müddət əvvəl atasını və əmisini itirən Üzeyirə Pərvizin başsağlığı verməməsi olub. Yasa gəlməyən P.Bülbülə həmkarının xətrinə dəyib.
Qeyd edək ki, Üzeyir bu məlumatı "Həmin Zaur" proqramında təsdiqləyib.