"Adət-ənənələrimizi yoxa çıxara-çıxara gedirik. Toy, yas nəyə lazım, o olmasın, bu olmasın".
Lunar.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında deyib. O, yas mərasimlərinin keçirilməsinə icazə verilməməsini tənqid edib:
"Pandemiyaya görə mərasim keçirilmir. Toya gedirik, yeyib-içirik, hamı bir-birini qucaqlayır. Yasda kim kimi duz kimi yalayır? Hamı ağzında maska gəlir, gedir. 50 nəfərlik yas etmək olar.
Buna diqqətlə yanaşın. Heç kim ölüsünü urvatsız etmək istəmir. Toyda deyə bilərsən, başım ağıryır gəlmirəm. Yasa isə getməyi hamı özünə borc bilir. Bir çadır qurulsun, hamı gəlib başsağlığı verib getsin. Ölü də urvatlı olsun".