Gülaydan Elzaya cavab: "Satmısınız, mən də almışam"
"Bəzi müğənnilər gedirlər bir mahnıdan toy tuturlar, başlayırlar başqa bəstələrin də üstünü dəyişirlər. Gülaya gözəl mahnı vermişəm, "Əl çəksin kədər". Görürəm ki, oxumur. Mən də toy tutmaq üçün elə mahnılar yazaram. İstəmədiyim üçün müğənni oldum. Elə müğənnilərə mahnı verəndə oxumrular. Deyirlər, bundan pul gəlmir".
Lunar.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "10-da görüşək" proqramında deyib. Müğənni ifaçı Gülay Zeynallıdan gileylənib. O bildirib ki, Gülaya mahnı verib, amma hələ də oxumur.
Gülayın seyidcahana cavabı da gecikməyib. "Elza xanım, sizi çox sevirəm, hörmətim var sizə. Amma mahnı verməmisiniz, satmısınız, mən də almışam. Mahnı artıq mənimdir. Ürəyim istəyən zaman ifa edəcəm" deyə, müğənni Elzaya cavab verib.