Türkiyəli müğənni İbrahim Tatlısəsin ötən gün Ankarada konserti baş tutub.
Lunar.az türk mediasına istinadən xəbər verir ki, ifaçını dinləməyə gələn pərəstişkarından birinin konsertə qatılmaq üçün kredit götürdüyü ortaya çıxıb. Bundan xəbər tutan müğənni onu səhnəyə dəvət edib.
İ.Tatlısəs onunla birlikdə mahnı ifa edib və sonda həmin şəxsin borcunu özünün ödəyəcəyini açıqlayıb. Onun bu hərəkəti qonaqlar tərəfindən alqışla qarşılanıb.