Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Arzu edirəm ki, qatıq satım" - Elza Seyidcahan

"Arzu edirəm ki, qatıq satım" - Elza Seyidcahan

Əməkdar artist Elza Seyidcahan "Onun sirri" verilişində qonaq olub.

Lunar.az xəbər verir ki, sənətçi proqramda uşaqlıq illərində qatıq satdığını etiraf edib:

"Atam pul yollamırdı, anam süd alıb bişirirdi, ondan qatıq çalırdı. Anam bir dəfə dedi ki, bu qatıqları apar filankes xalaya ver. Balaca uşaq idim, yolda məndən 2-3 yaş böyük oğlanlar soruşdular nə aparırsan? Açıb qatığın üzünü yedilər.

Ağlaya-ağlaya gəldim evə ki, anama nə deyəcəm. Baş verənləri danışdım, anam da qoşuldu mənimlə ağladı. Qatıq satmışıq, konservatoriyada oxuyanda anamın sifarişləri olurdu. Şəkərbura, qoğal, çudu bişiriridik.

Gecə 3-ə qədər mahnı bəstələyirdim, səhər 6-da durub çuduları bükürdüm. Arzu edirəm ki, daha çox qatıq satım. Elə bir heyvandarlığım olsun ki, qatıqları çalım və özüm satım".


Axşam.az









Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ