Emin yeni barışdığı Alyonanı və qızını klipinə çəkdi - Video+Fotolar
Xalq artisti Emin Ağalarov "31.12" adlı yeni klipini təqdim edib.
Lunar.az xəbər verir ki, müğənni ilk dəfə klipinə ailəsini çəkib. Belə ki, ekran işində Eminin bir müddət əvvəl ayrıldığını bəyan etdiyi həyat yoldaşı Alyona Qavrilova və qızı Afina rol alıb.
Emin yeni işi ilə bağlı "Yeni ildə hər kəsə xoşbəxtlik, harmoniya və sevgi arzulayıram. Qoy bu video hər bir izləyicidə ən isti və sevincli emosiyalar oyatsın" sözlərini bildirib.
Mahnının musiqisi və sözləri Konstantin Nonikova məxsusdur. Klipin rejissoru isə Katya Yakdır.
Qeyd edək ki, rus mediası Eminlə Alyonanın barışdığı haqda dəfələrlə xəbər yazsa da, cütlük bunla bağlı heç bir açıqlama verməyib.