"Evdə tək qalıram. Arvadın əlindən qaçmışam. Mərdəkanda qalıram. Qalmaqal salmayın. Yola getmirik".
Lunar.az xəbər verir ki, bu sözləri müğənni Əli Mirəliyev "Üzbəüz" proqramında deyib. Sənətçi ailəsindən ayrı yaşadığını açıqlayıb:
"Qonşularıma hörmət edirəm, onlar da mənə. Ağsaqqal kimi hörmət edir. Elə bir yerdə böyümüşəm ki, böyük-kiçik görmüşəm. İndikilər eyni blokda yaşayır, bir-birini tanımırlar.
Paltarımı özüm yuyub, ütüləmişəm. Arvadıma əziyyət verməmişəm, atam dərzilik öyrədib. Bircə yemək bişirə bilmirəm. Təkcə yumurta edə bilirəm".