Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
ATV-dən ayrılma səbəbini ilk dəfə açıqladı

ATV-dən ayrılma səbəbini ilk dəfə açıqladı

"Ruslar üçün deyil, orada yaşayan Azərbaycanlılar üçündür. "Stand-up"ımızda orada rusca danışa bilməyən azərbaycanlılarla bağlı səhnə də yer alacaq. Azərbaycandan kənarda ilk çıxışımdır. Amma davamını düşünürəm, bir növ turne şəklində olacaq. Sankt-Peterburqda, Moskvada, Ankarada olacaq. Hazırda danışıqlar gedir".

Bu sözləri Axşam.az-a açıqlamasında aktyor Fərda Xudaverdiyev deyib. Sənətçi "Stand-up" turnesinə hazırlaşmasından danışıb. Fərda bildirib ki, Rusiyada, türkiyədə çıxışları olacaq:

"Bakıda da planımızda var. Bütün zarafatlar yenidir. Hər bir konsertdən sonra özüm götür-qoy edəcəm. Hansısa blok dəyişə bilər. Novruz bayramından əvvəl, lap çatdırsam, 14 fevralda Bakıda da olacaq".

Xudaverdiyev aparıcısı olduğu "10 qat şou"nun bitməsinə və ATV kanalı ilə yollarını ayırmasına da aydınlıq gətirib:

"Veriliş bu mövsüm olmadı. Səbəb "Komedixana" və "Xəzər TV"də kadrlar şöbəsində çalışmağımdır. Kanalla yollarımı ayırmıram. Orada hər kəs dostumdur. Bu aralar işlərim çoxdur. Yeni film ssenarisi yazıram. Rejissorluğunu da özüm edəcəm. Öz yazdığım zarafatları istədiyim kimi görmək üçün bu addımı atıram. Həm "Milli komedi", həm də "10 qat şou"ya çox xərcləndiyim üçün uzaqlaşdım. Aparıcılıq hər an ola bilər. Söhbət şoudan gedirsə, niyə də olmasın. Hazırda "Stand-up" turnesinə vaxtımı ayırmışam".


Lunar.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ