Xəbər verdiyimiz kimi, ötən gecə Türkiyədə 47-ci "Altın Kelebek" mükafatlandırma mərasimi keçirilib.
Lunar.az-ın məlumatına görə, gecə bir çox maraqlı məqamlarla yadda qalıb. Tədbirdə "Teşkilat" serialında canlandırdığı Sərdar obrazına görə "Ən yaxşı aktyor" adına layiq görülən Çağlar Ərtoğrul daha əvvəl həmkarının yaşadığı problemə diqqət çəkib. O, Tamer Karadağlı və Nihal Yalçın arasında baş verən dialoquna toxunaraq çıxışı zamanı geri dönüb və arxada ona hərəkətlərlə mane olan birinin olub-olmamasını yoxlayıb. Onun bu hərəkəti qonaqlar tərəfindən alqışla qarşılanıb.
Qeyd edək ki, Nihalın Altın Portağal Film Festivalındakı çıxışı zamanı arxasında gözləyən Tamer bir neçə dəfə saatına baxaraq müxtəlif mimik hərəkətlər edib və aktrisa sözlərini bitirmədən mükafatı ona uzadıb.