Nadir gəlinindən danışıb ağladı: "Onu atası qədər istəyəcəm"
Müğənni Nadir Qafarzadə Tarix Əliyevin (Tolik) "Tarixin bir günü" verilişində qonaq olub.
Lunar.az xəbər verir ki, proqramda gəlinindən danışan Nadir Qafarzadə göz yaşlarını saxlaya bilməyib:
“Qızın atası bir il öncə rəhmətə gedib. Dedi ki, atamın ruhu bu evdədir, nişan burada olsun. Çox yaxşı ailədir. Gəlinim artıq bizim ailənin üzvüdür, mənim balamdır. Atası olmasam da, gəlinimə söz vermişəm ki, onu atası qədər istəyəcəm. Allah bütün balaları xoşbəxt etsin”.
Qeyd edək ki, N.Qafarzadənin oğlu Loğman Əntiqə adlı xanımla ailə qurmağa hazırlaşır. Sənətçi övladına bu ay nişan edib. Cütlüyün toyu dekabrın 20-də olacaq.