İbrahim Tatlısəs estetik etdirənlərə onu örnək göstərdi
Türkiyəli müğənni İbrahim Tatlısəs sosial media hesabında "Aziz" serialı ilə bağlı paylaşım edib.
Lunar.az xəbər verir ki, ifaçı ekran işindən foto paylaşaraq baş rollardan biri, "Efnan" canlandıran aktrisa Simay Barlasın ünvanına təriflər yağdırıb. O, estetik və ya makiyaj olmadan da peşəkar olmağın mümkün olduğunu bildirib:
“Digər seriallarda rol alan aktrisalar Efnan qızımı örnək alsınlar, oralarını-buralarını estetik etdirməsinlər. Baxın, üzündə demək olar ki, makiyaj yoxdur. Tərtəmiz, duru üzə sahibdir. İnşallah, başqalarının sözü ilə estetik etdirməz, belə sadə və təmiz qalar”.
Qeyd edək ki, Simay ekran işində aktyor Murat Yıldırımla tərəf müqabilidir.