Aparıcı Afaq Gəncəli "Təsir dairəsi" verilişində qonaq olub.
Lunar.az xəbər verir ki, proqrama eşitmə problemi olan və aparat almağa gücü çatmayan uşağın hekayəsi aparıcını göz yaşına boğub.
Afaq ailənin ehtiyacı olan 3 min manatı verəcəyini deyib və kövrəlib.
Proqramın aparıcısı Lalə Azərtaş həmkarının illər əvvəl övladını itirdiyini və həssas olduğunu deyib:
"Afaqı iki-üç gün əvvəl çağırmışdım, istəməzdim bu gün gəlsin. Allah Afaqın gül balasına rəhmət eləsin. İçimizdən gedən bir baladır. O, noyabrda dünyasını dəyişmişdi. Afaqı hava limanında qarşılamağımızı, onun çəkdiyini xatırlayıram".
Qeyd edək ki, Afaqın oğlu Qədirxan 2015-ci ilin noyabrında dünyasını dəyişib.