Lunar.az azxeber.com-a istinadən xəbər verir ki, ABŞ-da rəfiqəsi ilə partiyə getmək üçün evdən çıxan gənc model Christy Giles xəstəxananın qarşısında ölü tapılıb. Bədənində bircə çapıq belə olmayan gənc qızın ölümü ölkədə geniş əks-səda doğurub. Polislər Gilesin necə və kim tərəfindən öldürüldüyünü araşdırır.
Ailəsi qızlarının cinsi təcavüzə məruz qaldığından şübhələnir.
Hadisədən sonra gənc qızın anası da açıqlama verib. Qızının atasının hərbçi olduğunu bildirən Anna Dusty Giles onu kiçik yaşlarından qorumaq üçün böyütdüklərini bildirib. Anna Dusti qızının təcavüzə məruz qalması ehtimalını düşündüyünü söyləyib.
Gənc qızla birlikdə yoxa çıxan dostu Hildanın qanında narkotik aşkarlandığını bildirən Dusti adlı qadın qızının xəbərlərinin hələ çıxmadığını və cinsi əlaqə olub-olmadığının hesabatdan sonra bəlli olacağını bildirib.
Polislər yaxın günlərdə gənc qızın necə öldüyü ilə bağlı təfərrüatlı araşdırmanı açıqlayacaqlarını bildirib.