Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Nəsrin Cavadzadə həmkarlarını bəlaya saldı

Nəsrin Cavadzadə həmkarlarını bəlaya saldı

"FOX"un reytinqlərdə ilk sırada yer alan serialı "Yasak elma"nın ötən mövsüm çəkilişlərində yaşanan qalmaqal ortaya çıxıb.

Lunar.az axşam.az-a istinadən xəbər verir ki, ekran işinin ssenarisində azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin ayrılma qərarı alması ilə dəyişiklik edilib. Bildirilib ki, Nəsrin yaşanan gərginliyin ardından çəkiliş meydançasını tərk edib, daha sonra həkimdən arayış alaraq telefonlara cavab verməyib. Prodüserin telefonuna cavab verməyən aktrisa bölümün tamamlanmasını riskə atıb. Bu səbəbdən bölümə cənazə səhnəsi əlavə edilib.

Bu hadisədən sonra ekran işində yer alan aktyorların müqavilələrinə ayrıca bənd əlavə edilib. Bəndə əsasən, aktyorlar müəyyən edilmiş proqrama uyğun olaraq tam dövlət xəstəxanasından alınan həkim arayışı ilə sübut edilən xəstəlik, anası və ya atasının, həyat yoldaşının, bacısının, övladının vəfatı və məhkəmə orqanlarının məcburi çağırışları və dəvətləri xaricində bir səbəbdən rolu bitmədən çəkiliş meydançasını tərk edərsə, bu vəziyyət rejissor, rejissor köməkçisi, quruluşçu nəzarətçi və icraçı prodüser tərəfindən hesabata alınacaq.

Bu halda aktyor məsuliyyət daşıdığı üçün çəkilişi tərk etdiyi gün müqabilində prodüserə 10 bölümlük qazancı qədər cəzanı ödəmək məcburiyyətindədir.

Bundan başqa aktyor, işinə xələl gətirəcək bütün müqavilə öhdəliklərinin pozulmasına görə ümumilikdə 750 min lirə cərimə ödəməlidir.

Qeyd edək ki, N.Cavadzadə hazırda "Üç kürüş" serialında Bahar obrazını canlandırır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ