Müğənni Ramal İsrafilov uzun müddətdir səhnədən uzaqlaşan bibisi oğlu Mirkamil Kamilovdan danışıb.
Lunar.az xəbər verir ki, sənətçi "Günün sədası" proqramında qonaq olarkən aparıcı Nanə Ağamalıyeva ona bunla bağlı sual ünvanlayıb. Ramal "Niyə duet oxumursunuz" sualına belə reaksiya verib:
"İnşallah, oxuyaram. Niyə oxumuram ki... Onu salamlayıram. Səhnədə yeri görünürdü. İnsanın əsəbləri cilovlanmır. Səmimi olanda müəyyən şeyləri gizlədə bilmir. Hamının problemi olur. Bibim oğludur".
Qeyd edək ki, Mirkamil Xalq artisti Mələkxanım Əyyubovanın bacısı oğludur. M.Kamilov 2014-cü ildə ürəyindən əməliyyat olunub. Sənətçi 2018-2019-cu illərdə sosial şəbəkədəki qəribə paylaşımları ilə gündəmə gəlmişdi. Mirkamil hətta açıqlamalarından birində narkotikə qurşandığını demişdi. Daha sonra o, gündəmdən uzaqlaşmış, heç bir verilişə çıxmırdı.