Azərbaycanlı qız "The X Factor"da münsifləri heyran etdi
İsraildə "The X Factor" musiqi yarışmasının yeni mövsümü start götürüb.
Lunar.az xəbər verir ki, yarışmanın ilk buraxılışında münsif qarşısına Kama Kamila adlı azərbaycanlı qız çıxıb. O, "Eurythmics"in repertuarından "Sweet dreams" mahnısını oxuyub. Kama ifası zamanı mahnını muğamla sintez edib.
O, eyni zamanda səhnə çıxışında qavaldan istifadə edib.
Münsif kürsüsündə oturanlar arasında "Eurovision 2018"də İsrailə birincilik qazandıran Neta Barzilay da yer alıb.
Qeyd edək ki, Kamanın atası azərbaycanlı, anası isə yəhudidir. O, 5 yaşından musiqi təhsili almağa başlayıb. Bu il İsraildə "X Factor" qalibi ölkəni "Eurovision 2022"də təmsil edəcək. Əgər Kama qalib olarsa, o, "Eurovision 2022"də İsraili təmsil etmə şansı qazanacaq.