Müğənni Nadir Qafarzadə "Mədəniyyət" kanalının ona qadağa qoyduğunu iddia edib.
Lunar.az xəbər verir ki, sənətçi bir neçə gün əvvəl Heydər Əliyev Sarayında qazi və şəhid ailələri üçün keçirilən konsertdə səhnəyə çıxıb. Həmin tədbir sözügedən kanal tərəfindən lentə alınıb.
Konsert efirə verilən zaman isə Qafarzadənin çıxışı yayımlanmayıb.
"Mədəniyyət" kanalının rəhbəri mənim oxuduğum mahnını kəsib, montaj edib. Beləliklə, mən efirə getmədim. Bu konsert 15 gün əvvəl olub" deyə, Nadir bildirib.
Qeyd edək ki, rejissor Üviyyə Könül bir neçə gün əvvəl "Mədəniyyət TV"yərəhbər təyin edilib.