"Pandemiyada onun sayəsində maddi sıxıntı yaşamadım"
"İTV də yayımlanan "Yalan həqiqət" serialımız 24 bölüm idi. Hamı sual verirdi ki, tez bitdi. Amma biz əvvəlcədən danışmışdıq və ekran işini yayda çəkmişdik".
Bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova deyib. Sənətçi pandemiya ərəfəsində gəlir yerini açıqlayıb:
"Pandemiyada məhz elə seriala görə maddi sıxıntı yaşamadım. Ancaq mənim "Oksimed" şirkətim işlədi. Kanallarla müqavilə bağladım və serial çəkdim.
Serial da, film də gəlirlidir. Amma çox vaxt yox. Hər ikisində yaradıcılığı yox, maddiyyatı düşünürsənsə, gəlirin olacaq. Ancaq mən hər şeyin yüksək səviyyədə olmasını fikirləşirəm. Çalışıram ki, pulu az qazansam da, keyfiyyətli məhsul təqdim edim". Axşam.az