Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
İlkin Həsənidən ATV-dən getməsi ilə bağlı - Açıqlama

İlkin Həsənidən ATV-dən getməsi ilə bağlı - Açıqlama

Aparıcı İlkin Həsəni ATV ilə yollarını ayırması haqda xəbərlərə münasibət bildirib.

Lunar.az xəbər verir ki, o, bundan sonra fəaliyyətini Space TV-də davam etdirəcəyini deyib:

"İşlərimdəki dəyişiklikləri sizinlə bölüşmək istədim. Bu il televiziya karyeramın düz 20 ili tamam olur, bəli düz 20 il öncə televiziya rejissorluğu fakültəsinin ikinci kurs tələbəsi İlkin Həsəni anasının hazırladığı "kotlet-çörəyi" də paketin arasına qoyub dərsdən sonra yollandı 106 FM radiosuna. 1 aylıq hazırlıq, məşqlər və budur 2001-ci ilin payızında ilk canlı yayım, ilk efir həyəcanı və sair... Daha sonrasını isə tamaşaçılarım bilir: ATV-də "ATV Maqazin", "Yeni Ulduz", "Bozbash Pictures" və digər layihələr məni mən etdi. ATV-də 4 rəhbər dəyişimini görən bəlkə də tək-tük əməkdaşlardan oldum. Hər birinə ayrı ayrılıqda təşəkkürümü bildirirəm, hər biriniz mənim üçün çox əziz olmusunuz.

İl oldu 2013 və mən mənim üçün çox böyük önəm kəsb edən "İLK Media" haqqında düşündüm, yaratdım. İstehsal etdiyimiz film, serial, reklam, sosial çarxlar haqqında yazıb çox da başınızı ağrıtmayım. Hazırda sayı 25-ə yaxın kiçik kollektivimizlə az da olsa nələrsə edirik. Şirkətimiz yarandığı gündən əməkdaşlıq etdiyi bir TV olub o da mənim doğma ATV kanalım. Çox təəssüf ki, bu kanalla yollarımızı ayırmalı olduq, yeni yayım kanalımız bu ilin oktyabrından etibarən "Space" olacaq.

Rebrendinq olunmuş, yeni loqolu, heyyətli, HD yayımlı, "Amaci"siz, "Zita və Gita"sız "Space". Köhnə dostlarımızla bərabər yeni bir yola çıxırıq, bu yolda hər birimizə uğur olsun.

İşlərimə əngəl yaratmaq istəyən, TV sahəsinə təsadüfən düşmüş media alverçilərinə və onların istedadlı kanal tulalarına da uğur olsun. Rəqabətlə tərbiyəsizliyi qarışdırmayın lütfən".


Axşam.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ