Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Məhəbbət Kazımovun oğlu Könül Kərimovanı məhkəmə ilə hədələdi

Məhəbbət Kazımovun oğlu Könül Kərimovanı məhkəmə ilə hədələdi

Əməkdar artist Könül Kərimova mərhum həmkarı Məhəbbət Kazımovun ifasında sevilən, onun bəstəsi kimi bilinən "Laçınım" mahnısının özünə məxsus olduğunu söyləyib.

Lunar.az xəbər verir ki, mövzu haqda sherq.az-a danışan M.Kazımovun oğlu Rəşid Kazımov "Laçınım" əsərini atasının yazdığını xüsusi vurğulayıb:

"Könül xanım bəstəkar deyil. Buradan ona sual vermək istəyirəm, dediyi kimidirsə, niyə indi mahnı bəstələmir? Özü də danmır ki, onu Məhəbbət Kazımov sənətə gətirdi. K.Kərimovanın yerində başqaları da ola bilərdi. Seçimi belə etdilər, onu qabağa çəkdilər. Bir yerdə işlədilər. Sözügedən mahnının müəllifi atamdır. Hətta mənim şahidlərim də var. O vaxt M. Kazımov tək çalışırdı. Onun adını çəkdiyi insanlar- Yusif Mustafayev, Manaf Ağayev indiki kimi tanınmırdılar. Yadıma gəlir ki, bizim bir obyektimiz var idi, musiqiçilər gəlib-gedərdilər. Həmin şəxslər heç orada olmurdular. Burada suallar yaranır, nə üçün öz rayonlarından bir mahnı ərsəyə gətirə bilmirlər? Konül Kərimova mahnı bəstələmişdisə, niyə M.Kazımov sağ olanda demirdi? Öləndən sonra nə var ki danışmağa... Cəsarəti çatırdısa, özünə güvənən bir bəstəkar idisə, o vaxt deyərdi ki, mən yazmışam.

Axı olmayıb belə bir şey. Ola da bilməz! Ümumiyyətlə, Könül kim idi ki?! Tanınmırdı, onu M.Kazımov məşhurlaşdırdı. Ona görə sağlığında bu sözləri deyə bilməzdi. Bunlar yalandır, mahnı Məhəbət Kazımovundur. "Laçınım"la bağlı bu iddialar davam etsə, məsələni məhkəmədə həll edəcəm. İkimiz də uşaq deyilik. "Onu mən yazmışam, bunu mən yazmışam" deyir. Özü də hər dəfə biabır olur. Çünki insanlar hər şeyi gözəl bilirlər. Ümid edirəm ki, Könül xanım bundan sonra anlayar, çox irəli getməz".








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ