Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ayanla videosu yayılan Nadir üzr istədi

Ayanla videosu yayılan Nadir üzr istədi

Müğənni Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə birlikdə olan videosuna görə üzr istəyib.
Lunar.az xəbər verir ki, videoda rəqs edən zaman Nadirin Ayanın dodağından öpməyə çalışdığı yer alıb. Sözügedən görüntüləri isə müğənni Günel Ələkbərova sosial şəbəkədə yayımlayıb. Bir neçə gündür İnstaqramda səhifələrdə paylaşılan görüntülərə görə Qafarzadə tənqid edilib.

İfaçı içkili olduğunu deyərək, üzr istəyib:

"Videonu paylaşmaq məcburiyyətində qaldım. Vecimə olmazdı, amma düşünürəm düz etməmişəm. Ola bilər ad gününə getmişəm, içki qəbul etmişəm. Özümü o cür aparmaq mənə yaraşmırdı. Hər zaman çalışmışam kimlərəsə nümunə olum. Düşünürəm məni anlayarsınız. Utanıram, xəcalət çəkirəm. Səhvdir, hər kəsin həyatında olur.

Bu da səhvlərimdən biridir. Böyük günah kimi boynuma yazmayın. Allah bağışlayandır, siz də bağışlayarsınız. Çox üzr istəyirəm, oldu keçdi. Qayda pozmamışam, amma yenə də üzr istəyirəm. Düzgün hərəkət etməmişəm. Son dəfə olacaq, çox utanıram. Mənə yaraşmırdı. Heç kimə belə hərəkət yaraşmırdı. Düşünürəm məni anlaya bilərsiniz. Düşünürəm ki, bu, mənim səhvim, qələtimdir. Xalqdan, məni sevən və sevməyənlərdən üzr istəyirəm. Məndən tələb olunmayıb üzr istə, öz ürəyimdən gəldi, vicdanımın səsi idi".






Axşam.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ