Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Xalq artisti onu qaçırmaq istəyən evli iş adamından danışdı - VİDEO

Xalq artisti onu qaçırmaq istəyən evli iş adamından danışdı - VİDEO

Son zamanlar şəxsi həyatı ilə gündəmə gələn Xalq artisti Könül Xasıyeva daha bir açıqlaması ilə diqqət çəkib.

Lunar.az xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan ifaçı onunla evlənmək istəyən iş adamından danışıb. Sənətçi həmin şəxsin Rusiyada ailə həyatı qurmasına baxmayaraq, təkidlə onunla evlənmək istədiyini, hətta qaçırmaq fikrinin də olduğunu bildirib:

"İş adamı idi. Rusiyada ailə qurub sonra vətənə gəlib. Bir neçə dəfə kiçik qardaşım Namiqə demişdi ki, fikrim ciddidir, Könüllə ailə qurmaq istəyirəm. Qardaşım da bildirib ki, "Bu, həssas mövzudur, Könülün özü ilə danışsan, yaxşı olar".

Mən də heç onu yaxın buraxmırdım. Bir dəfə də rəfiqəmə deyib ki, "Mən çəkinirəm, Könülə yaxınlaşıb onunla evlənmək istədiyimi deyə bilmirəm". Ailə qurmaqdan qorxurdum. Bir dəfə məclisdə idim. O iş adamı da ora gəlmişdi. Eşitdim ki, məni qaçırmaq fikri var idi. Məclisin aparıcısının köməkliyi ilə restoranın mətbəxinin qapısından çıxdım və həmin məkandan uzaqlaşdım"./BAKU.WS










İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ