Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Həmkarlarını pinti adlandırdı - "Yanlarından keçiləsi deyil"

Həmkarlarını pinti adlandırdı - "Yanlarından keçiləsi deyil"

Əməkdar artist Vasif Məhərrəmli bir neçə il əvvəlki müsahibəsində qalmaqala səbəb olan “Heç vaxt mazut iyi gələn adamın yanında oturmuram” sözlərinə aydınlıq gətirib.

Axşam.az xəbər verir ki, sənətçi “Onun sirri” verilişində “Kişidən mazut iyi gələr” deyimi ilə razılaşmadığını bildirib:

“Niyə mazut iyi gəlməlidir? Kişinin üstündən ətir iyi gələr. Deməmişəm ki, heç vaxt oturmaram. Demişəm ki, “mən onun yanında niyə oturmalıyam”. Tək mazut iyi yox, natəmiz adamın yanında, küçədəki "bomj"un, pis qoxu verən adamın yanında mən niyə oturmalıyam? Sual vermişəm ki, “niyə oturum, niyə o əziyyəti çəkim”. Hətta mənim sənət dostlarım var ki, doğurdan da yanlarından keçiləsi deyil, pintidirlər. Mənim məqsədim təmizkarlığın təbliğatını aparmaq olub”.

Qeyd edək ki, Vasif Məhərrəmli illər əvvəl müsahibəsində bunları demişdi:

“Çirkin insan yoxdur, gərək özünə baxasan. “Kişidən mazut iyi gələr” deyimi ilə qətiyyən razı deyiləm. Qardaş, niyə mazut iyi gəlməlidir? Mən dünyanın ən bahalı ətirini vururam, məndən ömür boyu mazut iyi gələ bilməz və heç vaxt mazut iyi gələn adamın yanında oturmuram”.



Lunar.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ