Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Deyirsən ki, həyat yoldaşı Səmədi qoyub gedib" - Əli Mirəliyevi tənqid etdi

"Deyirsən ki, həyat yoldaşı Səmədi qoyub gedib" - Əli Mirəliyevi tənqid etdi

"Sözüm Əli Mirəliyevədir. Bəs olmadı sənə təhqirlər, nə vaxta qədər təhqir edəcəksən? Nə vaxta qədər özünü belə aparacaqsan? Mənim sənə bir balaca hörmətim vardı, amma onu da sildin.

Nəinki mənim, çox adamın hörmətini qazana bilməmisən. Ona görə də sən indinin özünə qədər Səməd (red. - Xalq artisti Səməd Səmədov) haqqında ağzına gələni danışırsan. Ayıb deyil sənin üçün? Hanı sənin şərəfin, ləyaqətin? Axı sən Səmədin evində oturub çörək kəsmisən, yemisən. Səməd sənin evinə gəlib çörək kəsməyib. Nə verib ala bilmirsən Səməddən? Sən də artıq 70-i haqlamısan. Öləndə nə aparacaqsan özünlə? İnsan öləndə özü ilə rəhmət aparır, başqa heç nə”.

Lunar.az xəbər verir ki, bu sözləri müğənni Sevda Əliqızı yaydığı video açıqlamada bildirib. O, həmkarı Əli Mirəliyevi ölümündən sonra Xalq artisti Səməd Səmədovun haqqında dediyi sözlərə görə tənqid edib:

"Sağlığında Səməd haqqında nələr söylədin, öləndən sonra heç olmasa "Allah rəhmət eləsin" deyərdin. Axı sən onun ailəsi haqqında bilmədən niyə danışırsan? Deyirsən ki, həyat yoldaşı onu qoyub gedib. Xeyr, mən bu ailənin içində olduğuma görə deyirəm ki, İradə xanım çox gözəl yoldaş olub ona. İllər boyu qayğısına qalıb. Bacısı Türkiyədə yaşayır, onun yanına gedən zaman dəfələrlə Səmədə dedi ki, at bu şou proqramları, toyları, gəl mənimlə gedək, burada tək qalma, mən səni yalnız qoymaq istəmirəm. O and aman etdi ki, yaxşıyam, sağlamam, sən get. Niyə bilmədiyiniz şeyi danışırsınız?

Sən ona danışığı öyrətmisən? Sən pedaqoq və ya dilçisən, kimsən ki, Səmədə danışığı öyrədirsən? Sadəcə Səməd rus dilli idi. Burada nə var ki? Mən özüm də eləyəm, bəzən çaşıb sözü Azərbaycan dilində deyə bilmirəm. Biz sovet dövrünün insanlarıyıq, rus dilli məktəbi qurtarmışıq. Sənin rus dili bilməməyin bizim təqsirimiz deyil ki?

Səməd "korinoy" şamaxılıdır, özü də onun adından bəllidir, Səməd yox, Ağa Səməd, şəxsiyyət vəsiqəsində də elə yazılıb. Sən gəlib onun qəbri üstündə göz yaşı tökürsən, deməli bunların hamısı artistlik imiş?! Üç gün keçəndən sonra isə arxasınca danışırsan. Bu kişiliyə yaraşandırmı? Dirisindən əl çəkmədin, heç olmasa ölüsündən əl çək.

Səməd həmişə sən də başda olmaqla hamıya kömək olub və heç vaxt bunu reklam etməyib, mən şahidəm. Əli, sən barmağını yum ki, hansısa uşaq evinə gedib 500 manat qatlayıb onlar üçün qoyun kəsib aparmısam. Səməd öldü getdi, hamı da ona rəhmət dilədi, hamı onun yaxşılığından danışır. Bəs səndən nə danışacaqlar? Səni efirlərə bilirsən niyə çağırırlar? İstəmirəm mədəniyyətsizlik göstərib adını deyim. Sənin nə sənətin, nə mədəniyyətin, nə mənəviyyatın, nə də insanlara xas olan nəyinsə var. Səmədin sənə verdiyi çörəyə heyif".


Axşam.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ