Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Onda mən olmuyacam..

Onda mən olmuyacam..

Onda mən olmuyacam..


Pəncərədən boylanıb gözlərin axtaracaq,
Bir az tək olan zaman ürəyin darıxacaq,
Köks ötürmək biryana,ağlın belə caşacaq,
Onda mən olmuyacam..

Get dediyin düşəcək yadına,pis olasan,
Gözlərin yaşaracaq,bulud kimi dolasan,
Hardasan,hayandasan,deyə soraqlayasan,
Onda mən olmuyacam ...

Xəyal belə gələcək hər saniyə əziyyət,
Qınayasan özünü deyəsən nədir qismət,
Keşkə bəlkə,ah cəkib olmayaydı həqiqət,
Onda mən olmuyacam...

Təsəllilər tapasan röyana mən gələndə,
Tellərin ağaracaq,hər yadına düşəndə,
Könül bağın solacaq,sevgililər görəndə,
Onda mən olmuyacam...

Sözlərim düşəcəkdi yaddaşına yadına,
Tam başqa olacaqsan,rast gələndə adıma,
Peşmanlıq duyacaqsan,yetişginən dadıma,
Onda mən olmuyacam ...


Müəllif : SEYMUR SÖNMƏZ








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ