Xəbər verdiyimiz kimi, Xalq artisti Rafiq Hüseynov (Rəmiş) xəstəxanaya yerləşdirilib.
Gitara ifaçısının xanımı Gülü Axşam.az-a açıqlamasında bildirib ki, musiqiçinin müalicəsi davam edir:
"Reanimasiyadadır. Həkimlər lazım olan hər şeyi edir. Amma məni yanına buraxmırlar. Rəmişi xəstəxanaya yerləşdirilən gündən görmürəm. Bir-iki dəfə qapıdan baxmışam. İnanıram ki, tezliklə ayağa qalxacaq".
Qaraciyərində problem olan Rəmişin son günlər halı lap pisləşmişdi. Sənətçinin qaraciyərinə su yığılmışdı.
Qeyd edək ki, Rəmiş Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.//Big.az