Qarabağın tarixindən daha bir film çəkilir - Video
Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə” əsərinin motivləri əsasında bədii film çəkilir.
Lunar.az xəbər verir ki, Azərbaycan Film Akademiyasının istehsalı olan “Yox içində xarı bülbül” 12 seriyadan ibarətdir.
Ekran işində Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin qızı Ağabəyim Ağa və Qacar şahı Fətəli şah Qacardan bəhs olunur.
Layihənin adı isə Ağabəyim Ağanın yazdığı “Vətən bağı” şeirinin misrasından götürülüb. Filmdə baş obrazı Xalq artisti Pərviz Məmmədrzayev və Əməkdar artist Vəfa Zeynallı canlandırır. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Zaur Tahirsoydur.