Mən eşqindən ağlı bihuş dəməm dəm,
Düşünməki hər nəsədə,səyəm mən..
Könlüm olub gözlərinin məhbusu,
Sanki başqa bir dünya,aləməm mən..
Bilirsənmi bu sevginin,yox tayı,
Dolanıram Kərəm,Məcnun səyağı,
Gəl gözəlim eyləmə sən sınağı,
Yollarına iz,salan kölgəyəm mən ..
Bir cicəksən,qızılgültək ətirli ,
Görünçə camalın,ürəyim dindi,
Ay zalım balası fikirin nə iydi,
Ağlımı almısan,söylə kiməm mən
Gözlərim yolunun həsrətin cəkər,
Söylə mənimtəki səni kim sevər,
Nişan ver kimsəni,gəl mənə göstər,
Görürsən qəlbində birinciyəm mən..
Yolları alsada duman,cən covğun,
Olmaram eşqindən inanki yorğun,
Elə ilk baxışdan olmuşam vurğun,
Məhəbbət duyğusu əfsanəyəm mən..
Seymurun arzusu coşar cağlayar,
Eşqin yollarında sən soraqlayar,
Hə,desən yolunda dolanar durar,
Pərvanə odunda yanar şəməm mən ..
MÜƏLLİF : SEYMUR SÖNMƏZ
04.03.2016