Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Yaşar Nurinin ailəsi çətin vəziyyətdədir" Zeynəb Dostəliyeva

"Yaşar Nurinin ailəsi çətin vəziyyətdədir" Zeynəb Dostəliyeva

Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım "Elgizlə izlə" proqramına qonaq olub.
Lunar.az xəbər verir ki, efirə telefonla bağlanan müğənni Zeynəb Dostəliyeva aktyorun ailəsinin maddi sıxıntısı olduğunu deyib. O bildirib ki, Yaşar Nurinin xanımı və qızı işləmir, gəlirləri yoxdur:

"Yoldaşı rəhmətə gedəndən sonra Rəhimə xanımla hər zaman əlaqə saxlamışam. Onun vəziyyətindən xəbərdaram. Çox çətin vəziyyətdədirlər, dolana bilmir. Ona məsləhət gördüm ki, vaxtında Yaşar Nuriyə əl tutan dostlara müraciət etsin. Gedib kiminsə qapısını döyən qadın deyil.

Rəhimə xanım məsələ haqda bunları söyləyib:

"Vəziyyət elədir ki, işləməyə ehtiyacım var. İş olsun işləyim, evimə gəlir gəlsin. Yaşar Nuri ilə 40 il ailəli olmuşuq, ona bir dəfə sual verə bilməzdim o kimdir və nəyin var? O, mənə demişdi ki, heç bir işimə qarışma. Mən də kar, lal, kor oldum. Onun xoşu gəlməyən heç nəyi etmirdim. Yaşarın gözü pulda, qızılda olmayıb. Onun heç bir obyekti, mağazası yox idi, ancaq sənət düşünürdü. Onun pulda, qızılda gözü olmayıb.

Dövlət ona beşotaqlı ev vermişdi. Yaşar Nuri xəstə olanda satdıq, müalicəsinə xərclədik. Türkiyədə müalicə üçün pul lazım idi. Sonra üçotaqlı evimizi satdıq, ikiotaqlı aldıq. Yaşamaq üçün bizə də pul lazım idi.

Zeynəb Dostəliyevanın zəng edəcəyindən xəbərim yox idi. İstəmirəm bu haqda danışılsın".

Axşam.az









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ