Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Əsgərlərimizə meyvə verən sürücünün sevinci sizi kövrəldəcək - VİDEO

Əsgərlərimizə meyvə verən sürücünün sevinci sizi kövrəldəcək - VİDEO

Bu görüntülər Vətən müharibəsi ərəfəsində çəkilib. Həmin ərəfədə vətəndaşlarımız əsgərlərə əllərindən gələn dəstəyi göstərməyə çalışırdılar.

Lunar.az xəbər verir ki, görüntülərdə 10 RL 753 dövlət nömrə nişanlı avtomobilin sürücüsü əks olunub. Həmin şəxs öz maşını ilə meyvə satır. Əsgərləri aparan maşınları görüncə tez onlara yaxınlaşır. Cəld maşından düşərək bir yeşik almanı əsgərlər olan maşına verir.

Kameraya daha maraqlı bir görüntü də düşüb. Əlində torba olan qadın onu əsgərlərə vermək istəyir. Amma maşın karvanı uzaqlaşdıqca onlara çata bilmir. Bu zaman bir gənc cəld həmin torbanı alır və qaçaraq əsgərlər olan maşına atır.

Bəlkə də bu gün o maşında olan əsgərlərdən neçəsi şəhid, neçəsi qazidir. Amma bu görüntülər Vətən müharibəsindəki qələbəmizin göstəricisi olaraq yaddaşlarda qalcaq.
//Avtosfer.az









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ