“Xaç formasındakı villalarında yapon itlərinə öyrədici müəllim tutub” - VİDEO
Bloger Mehman Hüseynov Türkan qəsəbəsində “Azərsu” prezidenti Qorxmaz Hüseynova məxsus olduğu iddia edilən dəbdəbəli villasına Azərbaycan cəmiyyətini virtual səyahətə aparıb….
Gununsesi.org həmin görüntüləri və qısa təqdimatı oxucularına təqdim edir:
“Bura prezident İlham Əliyevin 10 il əvvəl “Azərsu” sədri təyin etdiyi Qorxmaz Hüseynovun Bakının Türkan qəsəbəsindəki hündür hasarların arasındakı saraydır. Xəzər dənizinin sahilində olan bu villanın ərazisi 5 hektardır. Şəxsi çimərliyi olan malikanədə yaxtalar üçün liman da mövcuddur. İri hovuzun olduğu villada xeyli sayda zeytun ağacları və futbol meydançası da var. Heç kimdən Qorxmaz Hüseynov həm bu villada, həm də Nərimanov rayonundakı villasında Yaponiyadan gətirdiyi itlər saxlayır, onlara hətta öyrədici müəllim də tutub.
Pandemiya vaxtı, hamının suya, gigiyenik olaraq təmizliyə ehtiyacı olduğu bir zamanda qiymətini 100% qaldıranların xalqın pulunu haralara xərclədiyindən hamı xəbərdar olsun. Daha ətraflı bloger Mehman Hüseynovun videosundan izləyə bilərsiz:
Villanın Google Maps görüntüsü:https://goo.gl/maps/znkuaj9VsCrZxHYAA https://www.google.com/maps/place/40%C2%B021'18.8%22N+50%C2%B011'50.1%22E/@40.3269154,50.1685273,14744m/data=!3m1!1e3!4m5!3m4!1s0x0:0x0!8m2!3d40.355218!4d50.1972373?hl=tr-DE