Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Adımı Siyavuş Aslanla hallandırdılar" - 40 il sonra danışdı

"Adımı Siyavuş Aslanla hallandırdılar" - 40 il sonra danışdı


Əməkdar artist Təranə Vəlizadə illər əvvəl adının Xalq artisti Siyavuş Aslanla hallanmasından danışıb.
Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" proqramına qatılaraq, hələ də bu mövzuya görə qınanıldığını deyib. O bildirib ki, bu söz-söhbətlər onu narahat edir:

"Mənim ailəm var idi. Yoldaşımdan sonra qayınanamın yanında qalırdım. O vaxt söz yaydılar ki, adın Siyavuş Aslanla hallanır. Qayınanam əlini göyə qaldırıb qarğış edirdi. Abırıma bükülmüşdüm, susurdum. Hərənin bir arxası - atası, silahdaşı, əri var idi. Həmin ərəfədə mən atasız, anasız, yoldaşsız qaldım, oğlum da yox. Ona görə də adıma söz çıxardılar. Buna görə 10 il qayınanamın yanında qaldım.

İndi ahıl yaşımdayam, ona görə danışıram. 40 ildir bu söhbəti ürəyimdə saxlayıram. Amma son günlər bu xəbəri yenə yazdırmağa başlayıblar. Qohumlarım deyirdi ki, gedib xəbəri yayanları öldürəcəyik. Deyirdim, etməyin... Başımı qaldırıb kiminsə üzünə baxan olmamışam, utanmışam".









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ