"Siyavuşla Ofeliyanı Çingiz öldürdü" - Kubra Əliyeva sirləri açdı
Əməkdar artist Kubra Əliyeva "Elgizlə izlə" proqramında qonaq olub. Lunar.az xəbər verir ki, aktrisa mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingizdən bəhs edib. K.Əliyeva S.Aslanın həyatını oğlunun məhv etdiyini söyləyib:
"O gün Çingizin olduğu efiri izlədim. Siyavuş qızıl sevirdi, dünyanın harasına gedirdisə, alıb gətirirdi. Evində seyfi var idi, pulunu da, qızılını da orada saxlayırdı. Bir dəfə "Hökmdar qızı" tamaşasına hazırlaşırıq. Birdən Siyavuş otağıma qaçdı ki, "Jiqulinin" açarını ver, Çingiz açarı götürdü getdi. Demək, girib Siyavuşun otağına maşının açarını götürüb qaçıb. Siyavuş qrimdə qaçdı, dörd mərtəbəni qalxdı, amma tamaşaya qayıdıb çatdı. "Nə oldu?" soruşmadım. Bilirdim ki, getdi seyfi sökdü. Elə gedib seyfi söküb, nə varsa götürüb. Çingiz yoxa çıxdı. O ata neçə gün dərd etdi ki, Çingiz haradadır. Bir neçə gün sonra zibil qabının yanında meyidini tapdılar. Aparıb müalicə etdirdilər.
Bir dəfə də Ofeliya (Siyavuş Aslanın həyat yoldaşı, aktrisa Ofeliya Aslan - red.) zəng etdi ki, Çingiz ölür, ağzından köpük gəlir. Siyavuş gedib, müalicə etdirib. Dedim, qoyardın ölsün. O insan ki, narkotiklə məşğuldur, ata-ananın ciyəri yansa da, onun ölümü haqdır. Ailə üçün şərəfdir. Bütün ailənin namusunu, qeyrətini, şərəfini yox edir. Siyavuş ikimərtəbəli ev tikmişdi: birində Ofeliya, birində özü qalırdı. Çingiz məhv etdi o evləri. İndi o evləri 5 milyona satmaq olardı. 15 günün içində Siyavuşun mirasını məhv etdi. Onun eyibini qara torpaq örtər. Ölüm də onu aparmır, ölmür. Ona niyə yazığınız gələcək?
Siyavuş evcanlı idi. O, Ofeliyadan xəstəliyə görə ayrılmışdı, amma onu sevirdi. Siyavuşla Ofeliyaya musiqili teatrda keçmiş aktyorlar çox zülm ediblər".//Axşam.az