loading...
loading...
Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Vətən müharibəsində 10 medal alan əkiz qardaşlar - Video
Vətən müharibəsində 10 medal alan əkiz qardaşlar - Video
loading...
Biləsuvarda Vətən müharibəsi qazisi olan əkiz qardaşlar coşqu ilə qarşılanıb.

Lunar.az "Report"a istinadən xəbər verir ki, Həsənağa və Qalib Bağırlı qardaşları Azərbaycan Silahlı Qüvvələri sıralarından tərxis olunublar. Biləsuvar rayonuna qayıdan əkiz qardaşların rayon mərkəzində qarşılanma mərasimi keçirilib.

Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına çağırılan Həsənağa və Qalib sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında qəhrəmanlıq nümayiş etdiriblər.

Onlar ilk döyüşlərə Füzuli istiqamətində başlayıblar. Daha sonra isə Zəngilan, Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak ediblər.

Hər iki qardaş müzəffər Azərbaycan ordusunda xidmət etdiyinə görə fəxr etdiklərini bildiriblər.

Həsənağa və Qalib Bağırlı qardaşları döyüşlər zamanı nümayiş etdirdikləri şücaətə görə, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı və Laçın rayonunun azad olunmasına görə medalları ilə təltif ediliblər.

Qeyd edək ki, əkiz qardaşlar 1997-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olublar.

Orta məktəbi bitirdikdən sonra 2016-2018-ci illərdə həqiqi hərbi xidmət keçiblər.





loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 260
loading...





  • Foto.Lunar.az
    İnformasiya
    Qonağ qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Reklam
    Musiqim.az
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2021. Bütün hüquqlar qorunur!