Polkovnik İlqar Mirzəyevin oğlu hər kəsi kövrəltdi
"Biri vardı, biri yox... Uzaqdaydı mən istəyən ocaqlar, Ürəyimdən gəlib keçdi sazaqlar. Atalıydı, analıydı,uşaqlar, Bizim evdə biri vardı, biri yox..."
Lunar.az Sonxeber.az-a istinadən xəbər verir ki, bunu sosial hesabında Azərbaycan Ordusunun polkovniki, 2020-ci il iyulunda Tovuz istiqamətində olan döyüşlərdə qəhrəmancasına şəhid olmuş İlqar Mirzəyevin oğlu yazıb. O, atası ilə olan fotosunu paylaşaraq kədərləndiyini dilə gətirib.