"Özümə xoşbəxt olmağı arzu edirəm..." - Kamil doğum gününü belə qeyd etdi - VİDEO
Xəbər verdiyimiz kimi bu gün Kamil Zeynallının doğum günüdür.
Lunar.az xəbər verir ki, son zamanlar öz yardımları ilə daha çox sevilən Kamil doğum günündə də qızı ilə birgə yaralı əsgərlərimizi ziyarət edib. Video çəkərək "İnstagram" hesabında paylaşan Kamil:
"Mən təntənəli ad günü keçirməyi sevmirəm. Mənim ad günüm heç vaxt böyük məclislərlər keçirilməyib. Masa o baş bu baş açılmayıb. Ad günümü həmişə kimsəsiz uşaqlarla,atılmış körpələrlə, yaşlı insanların sığınacağında, əlil və qüsurlu daun sindiromlu uşaqların yanında keçirmişəm. Bu il də yaralı əsgər qardaşlarımı ziyarət etməklə keçirdim.
Çətinlikləri mənə yaşatdı. Yaxşı həyatın hər üzünü mənə göstərdi və göstərə göstərə də gedir. Hər günümə şükür olsun. Həyatda özümə bundan sonra xoşbəxt olmağı arzu edirəm, gözəl hissmiş deyilənə görə" sözlərini yazıb.