“Allahın Aslanı” ləqəbli kəşfiyyatçı şəhidimizin ürəkdağlayan SON SƏS YAZISI YAYILDI: Vəfat etsəm... - VİDEO
Şəhid kəşfiyyatçı Abdullazadə İmaməddin Əsgər oğlu 04.08.1996-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açıb. İmaməddin öz səs yazısında da bildirdiyi kimi, Əhli-Beyt aşiqi və Şəhidlər ağası İmam Hüseyn əleyhissəlama qovuşmağı arzulayan qəhrəmanlarımızdan olub.
Busaat.az xəbər verir ki, Vətən müharibəsində 39 gün qəhrəmancasına döyüşən İmaməddin bu müddət ərzində rəbbinə olan ibadətini davamlı yerinə yetirib, bir neçə dəfə yaralanmağına baxmayaraq döyüşü davam etdirib. Onlarla erməni əsgərini məhv edib, habelə çox sayda şəhid və yaralı hərbçimizin neytral ərazidən çıxarılmasına nail olub.
O, noyabr ayının 5-i sübh vaxtı Daşaltı-Şuşa istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb. Şəhidin silahdaşları bildirib ki, imanlı əsgər olduğu üçün komandirləri və yoldaşları ona “Allahın Aslanı” ləqəbini veribŞəhid bütün döyüşlərdə başında “Əssəlamu Ələykə Ya Əba Əbdillah Hüseyn” sözləri yazılan çalmada olub. İmaməddin Abdullazadənin əmisioğluna son vəsiyyəti isə o olub ki, əgər şəhid olarsa, məzarına sinə daşı düzəltdirməsinlər
“Başqalarına bu barədə deyəndə pis oluram və kövrəlirəm, vəsiyyətimi açıq şəkildə ancaq sənlə bölüşə bilirəm. Nə olsa da möhkəm olun, bəlkə xeyirlisi budur, bəlkə o uca zirvəni Allah mənə də nəsib edər… Hər şey ola bilər, barışmaq lazımdır. Allahın bəxş etdiyi rəhmət yaxşıdır. Baş daşımı qoyarsınız, sinə daşı qoymarsınız inşallah. Qoy Allahın bəxş etdiyi rəhmət yağışı axirətə qədər üstümə yağsın”, – “Allahın Aslanı” ləqəbli şəhid vəsiyyətində deyib.
Qeyd edək ki, bu fotodakı Qarabağ döyüşçülərinin 3-ü şəhidlik zirvəsinə ucalıb. Yalnız əlində bıçaq olmayan əsgərimiz sağdır. Soldakı şəhid İmaməddindir, sağdakı İmişli rayonundan olan şəhid Abbasov Asim, onun yanındakı – sağdan ikinci isə Tovuz rayonu Alakol kəndindən olan şəhid Ələsgərov Sənandır.