Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Kamil Zeynallı vaxtından əvvəl azadlığa çıxdı

Kamil Zeynallı vaxtından əvvəl azadlığa çıxdı

Tanınmış fitness məşqçisi Kamil Zeynallı vaxtından əvvəl azadlığa buraxılıb.

Lunar.az xəbər verir ki, o, artıq evindədir.

Kamil Zeynallı dekabrın 14-də Göygöl rayonu ərazisində işğaldan azad edilən ərazilərə getməyə cəhd edib. Lakin həmin vaxt ona ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən icazə verilməyib. Polisin qanuni tələbinə tabe olmayan K.Zeynallı saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib. Həmin gün məhkəmənin qərarı ilə Kamil Zeynallıya 30 sutka inzibati həbs verilib.

Qeyd edək ki, Kamil ötən ilin mart ayında xırda xuliqanlığa görə, 2020-ci ilin may ayında karantin rejimini pozduğu üçün, oktyabr ayında isə Azərbaycan Ordusunun yerdəyişməsi zamanı hərbi texnikaları videoya çəkərək yaydığı üçün saxlanılıb və hər birində 10 sutka həbs edilib.


Axşam.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ