Qazimizin doğum günü xəstəxanada qeyd olundu - VİDEO
İkinci Qarabağ döyüşlərində qəhrəmancasına döyüşərək qazi kimi qayıdanlardan biri də Elnur Səmədovdur.
Lunar.az xəbər verir ki, Elnur 3 bacının bir qardaşıdır. Atalarını 2005-ci ildə xərçəng xəstəliyindən itiriblər. Könüllü orduya yazılan qardaşımız xəstə anasını yataqda qoyaraq döyüşə yollanıb. Suqovuşanın azad olunmasında əsl şücaət göstərib. Düşmənin onlarla canlı qüvvəsini məhv edib.Yaralı dostunu xilas edərkən yanında snaryad partlayıb. Qardaşımızın bir gözü yoxdur. Digər gözündə də qəlpə var. Barmağının üçü yoxdur. Snaryad partlaması nəticəsində ovcunun içi, ayağının əti qopub. Ayağında sınıq da var. Hazırda hərbi hospitalda müalicə alır.
Xəstəxanadakı həkimlərimiz Elnurun doğum gününü qeyd ediblər.