Meyxanaçı Samirə Yusifqızı taksi sürücülüyünə başlayıb. Lunar.az xəbər verir ki, bu haqda "Elgizlə izlə" proqramında deyilib. Bildirilib ki, işsiz qalan sənətçi taksi sürərək pul qazanmağa çalışır.
Qeyd edək ki, Samirə heç yerdən gəliri olmadığını, ailəsində heç kimin çalışmadığını deyib. O bildirib ki, oğlu, qızı, nəvəsi və anasına özü baxır. Samirə evini və geyimlərini imkansızlıqdan satışa çıxardığını etiraf edib.