“Ermənilər yenə ürəyimizə yol tapacaq...” - Yusif Mustafayev
Əməkdar artist Yusif Mustafayev tarixi qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.
Yenisabah.az-a danışan sənətçi günlərdir sevincinin həddi-hüdudu olmadığını deyib:
“Hər kəs kimi mən də sevinirəm. Neçə gündür sevincimin həddi-hüdudu yoxdur. Nəhayət ki, haqq qalib gəldi. Eşq olsun rəşadətli ordumuza. Allah hər zaman xalqımızı bax, belə sevindirsin, xalqımızın gözü aydın olsun”.
Y.Mustafayev erməni faşistlərinin tərk etdikləri kəndləri, yaşayış evlərini yandıraraq yararsız hala salmasına da münasibət bildirib:
“Ermənilər boşaltmaq məcburiyyətində qaldırları kəndləri yandırmağa, dağıtmağa başlayıblar. Onların etdiklərinə ad verə bilmirəm. Onlar bir millət, xalq deyil, dünyada bir ünsürdürlər. Bütün dünyanı boğaza yığıblar. Ermənilərdə bir sifət var ki... Sabah gələcək, orada yaşayacaqlar, elə bil bu şeyləri törədən heç onlar deyildi. Yenə ürəyimizə yol tapacaqlar. Bizim xalqın da ürəyi yumşaqdır, mərhəmətlidir. Həmişə qonaqpərvər, humanist millət olmuşuq, ona görə də ermənilər hər zaman bizdən istifadə ediblər. Allah özü bizə kömək olsun, xalqımıza, millətimizə dözüm versin ki, birdəfəlik bunları rədd eləyək, rədd olub getsinlər! Bunlar sanki bir bəladırlar. Allah dövlət başçımızı qorusun, o özü ağılla hərəkət edir, xalqımız da hər zaman ona dəstəkdir. İnaşallah, bundan sonra hər şey yaxşı olar”.