Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Həyat o qədər acımasızdır ki..." - Xoşqədəm valideynlərinin görüntülərini yaydı - FOTO

"Həyat o qədər acımasızdır ki..." - Xoşqədəm valideynlərinin görüntülərini yaydı - FOTO




Tanınmış aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediadakı paylaşımı diqqət çəkib.
Lunar.az xəbər verir ki, Xoşqədəm " İnstagram" hesabında valideynlərinin fotosunu paylaşıb. Nəvələri ilə birlikdə görüntülən fotoya aparıcının yazdığı sözlər diqqət çəkib:

"Mən bu gün evində böyükləri-ata, anası olan insanları ən xoşbəxt insan hesab edirəm. Və o xoşbəxtliyi mənə nəsib etdiyi üçün hər gün rəbbimə minnətdarlıq edirəm. Ailə bizim hər şeyimizdir. Sevincimizə ürəkdən sevinən, kədərimizi içdən yaşayan ailəmiz. Lütfən böyüklərimizə vaxt ayıraq, arzularını yerinə yetirməyə çalışaq.Həyat o qədər acımasızdır ki, itirəcəyin an yaxınlaşanda içinə bir kimsəsizlik, yetimlik qorxusu gəlir və bu dəhşətli bir hissdir. Tanıyanlar bilir ailəmə, ata, anama düşkün biriyəm. Heç vaxt onlarsız qalmağı düşünmədim, evimin baş tacı olardır. Onlar olmayanda evə sanki zülmət çökür, günəşim , ayım yox olur".





BiG.AZ








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ