"Ağlına gələni yazasan, sonra da deyəsən ki, vətənpərvərlik janrındadır" – Abbas tənqid etdi
Əməkdar artist Abbas Bağırov "MTV Azərbaycan"da yayımlanan "10-da görüşək" verilişində qonaq olub.
Lunar.az xəbər verir ki, o, vətənpərvərlik mövzusunda bayağı işlər təqdim edən sənətçiləri tənqid edib:
"Son zamanlar elə mahnılar eşidirəm ki… Hətta musiqi, onun fonunda lazımsız rəqslər... Belə şeyi yaymaq olmaz! Onu yayan səhifələrə demək istəyirəm ki, utanmırsınız? İstəyirəm ki, həmin insanlar cinayətə cəlb olunsunlar. Bunu yayımlayan səhifələr də əgər onu təbliğ edirsə, deməli, azərbaycanlı deyillər. Onlar hazırda səngərdə döyüşən əsgərləri saymırlar. Müharibədən öncə nə baş verirdi? Pandemiyadan istifadə edərək xeyli lazımsız janrda musiqilər çıxdı. Yeni bir janrdır – "milçək janrı". İndi onlar hərbi vətənpərvərlik janrına toxunmaq istəyir. Amma olmaz!
Düşmən bu gün yatmır, sosial şəbəkədə bir boşluq tapan kimi ondan istifadə edir. Demirəm ki, oturub mənim mahnılarıma qulaq assınlar. Hər adam bu mövzuya toxuna bilməsin. Etsələr də, məsləhətləşsinlər. Adi vətənpərlik haqqında mahnıya qulaq asıram, elə sözlər olur ki, heç başa düşmürəm. Musiqiyə qulaq asanda vətənpərvərlik ruhu oyanmalıdır. Mahnı marş kimi yazılırsa, orada alətlərin ifası belə böyük rol oynayır. Qara zurna zəfər marşlarında ən çox istifadə olunan alətdir. Burada nəfəs alətləri də olmalıdır. Bunları nəzərə almayaraq ağlına gələni yazasan, sonra da deyəsən ki, vətənpərvərlik janrındadır".//"MediaPost"