Manana gəncəli Ömərdən DANIŞDI: "Sənə qurban olum" - FOTO
Gürcü əsilli Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar Artisti Manana Gəncə ilə bağlı paylaşım edib.
Lunar.az xəbər verir ki, müğənni bir neçə gün öncə ermənilərin Gəncədə törətdiyi terror aktında yaralanaraq dağıntılar arasından xilas edilən Ömər adlı uşaqdan yazıb.
Müğənni "Ömər sənə qurban olum. Körpə bədənində, nə qədər böyük ürək daşıyırsan.
Azərbaycanın balaca qəhrəmanı, Allah səni və bütün doğma Azərbaycanımızı qorusun".
Qeyd edək ki, Ömər xilas ediləndən sonra yaşca kiçik olmasına baxmayaraq kameralara gülümsəyərək, nə qədər məğrur görünən fotosu ilə məşhurlaşıb.