Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sənsən mənim ömrümə,qeybdən gələn mələyim

Sənsən mənim ömrümə,qeybdən gələn mələyim

Sənsən mənim ömrümə,qeybdən gələn mələyim


Nəğmə olum avazla,coşum daşım cağlayım
Sən kənar dolananda,səs salım soraqlayım
Deyim gülüm hardasan,ay qadanı mən alım,
Yoxluğuna dözməyir,tab etməyir ürəyim,
Sənsən mənim ömrümə,qeybdən gələn mələyim.

***

Bu susqunluq nədəndir,xətrinəmi dəymişəm,
Özün yaxşı bilirsən bircə səni sevmişəm,
Məcnun qalıb bir yana,Məcnunuda kecmişəm,
Vüsal dolu arzular,qəlbdə olan diləyim ,
Sənsən mənim ömrümə,qeybdən gələn mələyim.

***

Bir damlasan,bulutdan aram-aram süzülən ,
Sən incisən qəlbimə,naxış kimi düzülən ,
Ay zalımın balası,noldu,danış din dillən..
Türklər demiş kapanda fikirin nədi biləyim,
Sənsən mənim ömrümə,qeybdən gələn mələyim.

***

Yazım sənə sözləri,nə bitməz, nə tükənməz,
Dünyada hec bir kimsə,səni mən tək sevəmməz,
Bircə kəlmə hə,denən aşiqin yaşar olmaz,
Məhəbbətdə parlayan sevgi adlı gərəyim,
Sənsən mənim ömrümə,qeybdən gələn mələyim.

***

Coxdu sevən dünyada,sönməz eşqin ulduzu,
Gəlişin ücün gülüm,qurban kəsərəm quzu
Əgər soraq eyləsən,sən səsləsən Seymuru
Harda olsam gələrəm,bircə anda ürəyim
Sənsən mənim ömrümə,qeybdən gələn mələyim.

Müəllif :SEYMUR SÖNMƏZ








Prinsesa от 28 fevral 2016 13:34
Cox saolun beyendiim ) elinize sagliq
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ