Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
İran prezidenti Bakıya gələcək

İran prezidenti Bakıya gələcək

İran prezidenti Bakıya gələcək

“İran prezidenti Həsən Ruhani bu il ərzində Azərbaycana səfər edə bilər". ANS PRESS-in məlumatına görə, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin bu gün keçirdiyi mətbuat konfransında deyib.

İran səfiri bildirib ki, iyirmi dörd ildir İran xalqı Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının dərdinə şərikdir.

“Bu faciə nəticəsində həlak olanların ruhuna dualar oxuyuruq. Ümid edirik ki, nə burada, nə də dünyanın başqa yerlərində belə hadisələr baş verməz. Azərbaycanda sülh, əmin-amanlığın bərqərar olmasını istəyirik”, - deyə səfir bildirib.

Pak Ayin iki ölkə arasında həyata keçirilən birgə layihələrdən də danışıb. O bildirib ki, növbəti həftə Sumqayıtda dərman zavodunun tikintisi ilə bağlı İranın nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.

“Zavod Sumqayıtdakı Kimya parkında tikiləcək. Növbəti mərhələdə ehtiyac duyulan dərmanlar İrandan Azərbaycana gətiriləcək. İkinci mərhələdə dərman istehsalının texnologiyası Azərbaycana gətiriləcək. Üçüncü mərhələdə isə həmin dərmanlar yüz faiz Azərbaycanda istehsal olunacaq. Birinci və ikinci mərhələ arasında 4-5 il vaxt keçə bilər”, - deyə səfir qeyd edib.

Prezidentin səfəri başa çatdı
Pak Ayin həmçinin viza məsələsinə də toxunub. Onun sözlərinə görə, prezident İlham Əliyevin İrana səfəri zamanı iki ölkə arasında viza məsələsi ilə bağlı müzakirələr aparılıb.

O qeyd edib ki, tərəflər turizm əlaqələrinin inkişafı üçün viza probleminin həllinin vacibliyini vurğulayıblar: “İran vətəndaşları üçün viza rejimi ya birdəfəlik aradan qaldırılacaq, ya da vizaların verilməsi hava limanlarında və ya sərhəd-keçid məntəqələrində həyata keçiriləcək”.

“Sədabad” sarayında geniş tərkibli görüş
Prezident İlham Əliyev fevralın 23-də İranda səfərdə olub. O, səfər çərçivəsində İranın dövlət başçısı Həsən Ruhani və ali rəhbəri Seyid Əli Xamenei ilə görüşüb. İran və Azərbaycan arasında 11 müqavilə, anlaşma memorandumu imzalanıb.








Esgeroov
Esgeroov от 25 fevral 2016 22:55
InwALLAH sag Salamat Gelsin
Prinsesa от 25 fevral 2016 22:56
InwAllah sag salamat getsin ne deyim )
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ