Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Qiyməti endirilən,amma tapılmayan dərmanlar

Qiyməti endirilən,amma tapılmayan dərmanlar

Qiyməti endirilən,amma tapılmayan dərmanlar

Aptek
Bakının bir sıra apteklərində bəzi dərmanların satışı dayandırılıb. Bakı sakini Səxavət Əmirov ANS PRESS-ə bildirdi ki, iki-üç gün ərzində müraciət etdikləri bir çox apteklərdən ürək üçün nəzərdə tutulan "Genopril combi" və "Prestans" dərmanlarını ala bilmirlər. "Aptek satıcıları dərmanın qurtardığını deyirlər. Onlar bildirirlər ki, fevralın 25-dən yeni qiymətlər qüvvəyə minəcək deyə dərmanları gətirmirik", - deyə alıcı bildirdi.

Əlaqə saxladığımız apteklərdən də bəzi yeni dərmanların gətirilmədiyini təsdiqlədilər. Satıcılar bildirdilər ki, dərmanları baha qiymətə almaq istəmirlər. Bu, onların ziyanla işləməsi deməkdir. Nəticədə 3-4 müştərisini itirməkdən qorxmayan apteklər bu növ dərmanları gətirməkdən imtina edirlər.

“Tarif Şurasının qərarı ilə fevralın 25-dən bəzi dərmanların qiymətləri aşağı endiriləcək. Buna görə də dərmanı baha alıb, qərar qüvvəyə mindikdən sonra ucuz satmaq istəmirik. Hazırda bəzi dərmanlar bitsə də onu gətirmirik. Çünki bizə sərf etmir”, - deyə satıcı bildirdi.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev ANS PRESS-ə açıqlamasında bildirdi ki, adıçəkilən dərmanlar əksər apteklərdə var. "Həmin dərmanlarla bərabər hətta onların eyni təsirediciləri də satışdadır. İstəyənlər o dərmanları əldə edə bilərlər".

Abbas Əliyev - İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə bildirildi ki, onlar dərmanın keyfiyyətinə nəzarət edirlər. Ayrı-ayrı sahibkarların aptekdə hansı dərmanı satıb-satmamasına qarışa bilmirlər.

Ümumilikdə, dərmanların qiymətlərində Tarif Şurasının qərarı ilə il ərzində bir neçə dəfə tənzimlənmələr aparılır. Ona görə də hər dəfə qiymət dəyişikliyinin qüvvəyə mindiyi ərəfədə bu cür hallara rast gəlinir və insanlar bəzi dərmanları tapmaqda çətinlik çəkirlər.


Tarif Şurası qiymətləri aşağı saldı (CƏDVƏL)
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadənin sözlərinə görə, hər hansı bir sahibkarın dərmanı xaricdən gətirməsi və dərmanların qiymətləndirilməsi prosesinə hökumət tərəfindən ciddi nəzarət olmalıdır.

“Məsələn, 1 dərmanın Azərbaycana gətirilməsi xərci 20 manata çıxır. Daha sonra dövlət həmin dərmanın qiymətini 11 manata müəyyən edir. Buna görə də sahibkar ziyana düşə bilər. Bu səbəbdən dövlət tərəfindən bütün dərmanlar çox çevik şəkildə qiymətləndirilməlidir. Sahibkarlar da bilməlidir ki, hansı dərmanı gətirmək ona sərf edir, hansını etmir. Dərman qıtlığının qarşısı dövlət tərəfindən alınmalıdır”, - deyə millət vəkili bildirdi.

Çingiz Qənizadə - millət vəkili
Sabahdan etibarən Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş daha 1940 dərman vasitəsinin yeni qiymətlərlə satışına başlanılacaq. Ümumilikdə 5651 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə satışda olacaq. İndiyədək Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 5651 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilib ki, bunlardan 3711 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır.

Tarif Şurası 600-dən çox dərmanın qiymətini fevralın 4-də təsdiqləyib. İndiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin manatın məzənnəsində baş verən dəyişikliklərdən əvvəl satışda olan qiymətləri ilə müqayisədə belə 20%-nin qiyməti 2 dəfədən çox, 8%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb. Ümumilikdə 60%-nin qiymətləri endirilib.

Dərman qiymətlərinin endirilməsi müsbət addımdır. Amma hər hansı xəstəlikdən əziyyət çəkən şəxs istədiyi dərmanı əldə edə bilmədikdə bu ağır nəticələr verə bilər. Bundan sonra da bəzi dərmanların qiymətlərinin endiriləcəyi gözlənilir. Ona görə də belə hallar qarşıdakı aylarda da davam edə bilər. Ona görə də apteklərdə dərmanların daim olması vacib amildir.








Esgeroov
Esgeroov от 24 fevral 2016 21:14
Paylawdigniz Ucun Tewekurler )
LoVe Fire от 24 fevral 2016 21:23
Allah heckimi dermana mohtac etmesin...maraxli xeber idi paylawdigincun sagol ellerina saxliq.
--------------------
KapitaN от 25 fevral 2016 16:32
vallah ozleride hec bilmirler neyniyirler qiymeti salirlar sonra nebilim neyniyirler sonra deyirler icaze yoxu satilmagina Allah hec kimi dermana mohtac etmesin Amin !! paylasimcun tesekkurler
Miriş Soltanov от 25 fevral 2016 19:30
Amin.Əsil Sizlərə Təşəkkürlər:
Prinsesa от 25 fevral 2016 20:49
artqi agrikesicilerde yigiwilib tapilmir-sinir huceyrelerini oldurur
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ